29 noyabr 2024. Cümə

Cüneyt Çakır Avropa çempionatlarının tarixinə düşdü


Cüneyt Çakır Avropa çempionatlarının tarixinə düşdü

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya – İspaniya matçı türkiyəli hakim Cüneyt Çakır üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 44 yaşlı FİFA referisi Avropa çempionatları tarixində ən çox oyun idarə edən hakim olub. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşma Çakırın karyerasında Avropa çempionatlarında idarə etdiyi 9-cu matç olub. O, daha öncə AÇ-2012-də və AÇ-2016-da da üç oyun idarə etmişdi. Hazırda davam edən qitə birinciliyində də üç oyuna təyinat alan türkiyəli referi, artıq bu baxımdan rekordçudur. Lakin istisna deyil ki, Çakır növbəti mərhələlərdə də hansısa oyuna təyinat alsın.

Avropa çempionatlarında indiyə qədər ən çox oyun idarə etmiş hakim Anders Frisk idi. O, bu qitə birinciliyinə qədər AÇ-də ən çox – 8 oyun idarə etmiş hakim hesab olunurdu.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb