7 may 2026. Cümə axşamı

AÇ-2020: Hamı səhv edə bilər - Löv


AÇ-2020: Hamı səhv edə bilər - Löv

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv AÇ-2020-nin 1/8 final mərhələsində İngiltərə yığmasına məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 61 yaşlı mütəxəssis, 0:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Böyük bir xəyal qırıqlığı yaşayırıq. Futbolçular arasında səssizlik hökm sürür. Onlar da çox məyusdur. Daha çoxunu bacaracağımızı düşünürdüm. Belə oyunlarda əlinizə düşən fürsətlərdən yararlanmalısız. Timo Verner və Tomas Müller şanslarını dəyərləndirsəydilər, indi başqa şeylərdən danışırdıq.

Hamı səhv edə bilər. Bir məşqçi inandıqlarına və bildiklərinə görə komandasını qurur. Bəzi futbolçuların dərs çıxaracağına və daha yaxşı olacaqlarına inanıram. Növbəti turnirlərdə futbolçular daha yaxşı olacaqlar. Ölkədəki böyük çoşqunu bitirdiyimiz üçün məyusuq”.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb