7 may 2026. Cümə axşamı

AÇ-2020: Belçika yığması bizdən daha təcrübəlidir


AÇ-2020: Belçika yığması bizdən daha təcrübəlidir

İtaliya milli komandasının futbolçusu Çiro İmmobile AÇ-2020-nin 1/4 final mərhələsində Belçika yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan 31 yaşlı hücumçu, Belçika yığmasının daha təcrübəli olduğunu deyib:

“Belçika millisi FİFA reytinqində ilk sıradadır. Heyətlərində güclü futbolçuları var və potensiallarını bilirik. Diqqətli olmalı və həmişəki kimi oynamağa çalışmalıyıq. Bəlkə də, Belçika yığması bizdən daha təcrübəlidir. Buna baxmayaraq, biz də çox həvəsliyik.

Romelu Lukaku hər il daha da güclənir. Bəlkə də, Antonio Konte kimi bir məşqçi ilə çalışaraq, daha zəif olan cəhətlərini də gücləndirdi. Fiziki gücü, sürəti və özünə inamı var”.

Sabah keçiriləcək Belçika – İtaliya matçı saat 23:00-da start götürəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb