9 avqust 2026. Bazar günü

AÇ-2020: Danimarka və Çexiya milliləri Bakıda - FOTOLAR


AÇ-2020: Danimarka və Çexiya milliləri Bakıda - FOTOLAR

AÇ-2020-nin 1/4 final mərhələsində qarşılaşacaq Çexiya və Danimarka milli komandaları Azərbaycana gəlib.

Corner.az xəbər verir ki, hər iki yığmanı gətirən təyyarələr axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Çexiya yığması Bakıda “Hilton” otelində məskunlaşıb. Sözügedən komanda sabah Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.

Danimarka millisi isə “Hyatt” otelində qalacaq. Kasper Hyulmandın çalışdırdığı komanda da sabah Bakı Olimpiya Stadionunda məşq edəcək.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyununa saat 20:00-da start veriləcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat