- Avropa çempionatı
- 15:35 16.11.2025
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatının 1/4 final mərhələsində bu gün keçiriəcək Belçika - İtaliya oyunu ilə bağlı fikirlərini bölüşüb.
Corner.az-ın məlumatına görə, "Bianconera" radiosuna açıqlama verən 65 yaşlı mütəxəssis həmyerlilərinin qələbə qazana biləcəyini deyib.
De Byazi 4 qat dünya çempionlarının heyətində yaxşı oyunçuların olduğunu vurğulayıb: "İtaliya Belçikanı məğlub edə bilər. Roberto Mançini ona həlledici imkanlar verən yaxşı heyətə sahibdir".
İtaliyalı baş məşqçi Massimiliano Alleqrinin "Yuventus"a qayıdışını da şərh edib: "Alleqri yenə də yaxşı nəticə göstərəcək. Çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən çevikdir".
Qeyd edək ki, bu gün keçiriləcək Belçika - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.