5 dekabr 2025. Cümə

AÇ-2020: Ukraynalı futbolçudan xeyirxah addım


AÇ-2020: Ukraynalı futbolçudan xeyirxah addım

Ukrayna milli komandasının futbolçusu Andrey Yarmolenko AÇ-2020-dəki çıxışına görə alacağı mükafatı xeyriyyə məqsədiylə xərcləyəcək.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 31 yaşlı hücumçunun meneceri Vadim Şabliy açıqlama verib:

“Yarmolenko bu qərarı AÇ-2020-dən daha əvvəl verib. Turnirdəki çıxışına görə alacağı mükafatı xəstə və kimsəsiz uşaqlara kömək üçün xeyriyyə fonduna bağışlayacaq. Bu mükafatın xərclənməsinə Yarmolenko ilə birlikdə nəzarət edəcəyik. Düşünürəm ki, Ukrayna millisinin liderinin belə bir hərəkətini hər kəs bilməlidir”.

Ukrayna yığması AÇ-2020-nin 1/4 final mərhələsində İngiltərə ilə qarşılaşacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb