5 dekabr 2025. Cümə

AÇ-2020: Daha az səhv edən komanda qalib olacaq – Mançini


AÇ-2020: Daha az səhv edən komanda qalib olacaq – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin 1/4 final mərhələsində Belçika yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 56 yaşlı mütəxəssis, oyunun çətin keçəcəyini deyib:

“Belçikaya qarşı öz oyunumuzu oynayacağıq. Rəqibimizin nə qədər yaxşı komanda olduğunu bilirik. Belçika millisi dünyanın ən yaxşı komandalarından biridir. Ancaq turnirdə gördük ki, hər oyun çətin keçir və rahat qazanılan oyun yoxdur.

Güclü bir komanda ilə qarşılaşacağıq. Necə olacağını görəcəyik. Oyun istədiyimiz kimi getməsə, planlarımızda dəyişiklik edə bilərik.

Yaxşı bir oyun bizi gözləyir, buna şübhəm yoxdur. Daha az səhv edən komanda qalib olacaq”.

Bu gün keçiriləcək Belçika – İtaliya matçı saat 23:00-da start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb