- Avropa çempionatı
- 15:35 16.11.2025
240 mindən çox fransalı azarkeş AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan Fransa – İsveçrə matçının təkrar keçirilməsi üçün petisiya imzalayıb.
Corner.az xəbər verir ki, fanatlar, qarşılaşmanın penaltilər seriyasında uğursuz olan Kilian Mbappenin həmin an zərbəni vurduğu anda qapıçı Yan Sommerin qaydaları pozduğunu iddia edirlər. Onların fikrinə görə, 32 yaşlı qolkiperin hər iki ayağı qapı xəttində olmayıb. UEFA-nın qaydalarına görə isə penalti zamanı qapıçıların ən azı bir ayağı xətdə olmalıdır.
Fransa – İsveçrə matçının videogörüntülərinə nəzər saldıqda, Sommerin qaydalar çərçivəsində hərəkət etdiyi və fransalı fanatların istəklərinin əsassız olduğu görünür.
Əsas vaxtı 3:3 hesabıyla bitən Fransa – İsveçrə matçının penaltilər seriyasında isveçrəlilər daha dəqiq olub – 5:4.
