7 may 2026. Cümə axşamı

AÇ-2020: İtaliya yığmasının yarımmüdafiə xətti çox güclüdür


AÇ-2020: İtaliya yığmasının yarımmüdafiə xətti çox güclüdür

Belçika milli komandasının futbolçusu Aksel Vitsel AÇ-2020-nin 1/4 final mərhələsində İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi, matçla bağlı bunları deyib:

“Jorjinyo və Marko Verratti çox yaxşı futbolçulardır. İtaliya yığmasının yarımmüdafiə xətti çox güclüdür. Onlar tərifə layiqdirlər. Özümü belə möhtəşəm futbolçulara qarşı oyunda sübut etmək üçün səbirsizlənirəm.

Düşünürəm ki, fərdi ustalıqları yüksək olan futbolçularımız var. Lakin İtaliya yığmasının da güclü oyunçuları var. Çətin matç olacaq. Cəsarətli olmalıyıq”.

Bu gün keçiriləcək Belçika – İtaliya matçı saat 23:00-da start götürəcək.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb