AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş İsveçrə - İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Corner.az xəbər verir ki, İspaniya yığmasının qapıçısı Unai Simon bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı qolkiper bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib.
Qeyd edək ki, İsveçrə - İspaniya matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan ispanlar 3:1 hesabıyla qalib gəliblər və ilk yarımfinalçı olublar. Bu qələbədə Simonun qurtarışları vacib rol oynayıb.