- Avropa çempionatı
- 15:35 16.11.2025
AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
1/8 final mərhələsində son dünya çempionu Fransanı mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan İsveçrə yığması bu dəfə İspaniya millisi ilə qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, penalti seriyasına ehtiyac duyulub. Bu dəfə 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar ilk yarımfinalçı olublar.
Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutub. Burada turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matçda isə italyanlar qələbə qazanıb Beləliklə, İtaliya yığması yarımfinalda İspaniya millisinə rəqib olub.
1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.
AÇ-2020
1/4 final
2 iyul
İsveçrə – İspaniya 1:1 (penaltilər 1:3)
Qol: C.Şakiri, 68 – D.Zakariya, 8–öz qapısına.
Qırmızı vərəqə: R.Froyler, 77.
Baş hakim: Mayk Oliver (İngiltərə)
Sankt-Peterburq. “Zenit” stadionu.
Belçika – İtaliya 1:2
Qol: R.Lukaku, 45+2-pen – N.Barella, 31. L.İnsinye, 44.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. “Alyans Arena”.