- Avropa çempionatı
- 15:35 16.11.2025
Futbol üzrə Amerika kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Peru yığması Paraqvayla qarşılaşıb. Əsas vaxtı 3:3 hesabıyla bitən matçda Peru millisi penaltilər seriyasında rəqibindən daha dəqiq olaraq yarımfinala vəsiqə qazanıb.
Digər matçda Braziliya ilə Çili üz-üzə gəlib. Görüş Braziliya yığmasının minimal hesablı qələbəsiylə yekunlaşıb
Bu gün daha iki qarşılaşma keçiriləcək. Argentina Ekvadorla, Kolumbiya isə Uruqvayla qarşılaşacaq.
Amerika kuboku, 1/4 final mərhələsi
3 iyul
Peru – Paraqvay 3:3 (penaltilər 4:3)
Qol: Qustavo Qomes, 12-avtoqol. Canluka Lapadula, 40. Yosimar Yotun, 80 – Qustavo Qomes, 11. Xunior Alonso, 54. Qabriel Avalos, 90.
Braziliya – Çili 1:0
Qol: Lukas Paketa, 46.