7 may 2026. Cümə axşamı

AÇ-2020: Turnirdən başı dik ayrılırıq


AÇ-2020: Turnirdən başı dik ayrılırıq

İsveçrə milli komandasının baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin 1/4 final mərhələsində İspaniya yığmasına məğlub olduqları oyundan (1:1, penaltilər 1:3) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 57 yaşlı mütəxəssis, futbolçuları ilə apardığı mübarizəyə görə qürur duyduğunu deyib:

“İspaniyanı təbrik edirəm. Hədəflərinə çatmaq üçün hər şey etdilər və penaltilərlə qalib gəldilər. Futbolçularımla qürur duyuram. Onların hər biri qəhrəmandır. Yarımfinala çıxmağa layiq idik.

Fərqli hisslər yaşayıram. Qürur duyuram, hamımız qürur duymalıyıq. Turnirdən başı dik ayrılırıq. Yarımfinala çox yaxın olsaq da, alınmadı. Bütün futbolçularım qəhrəmandır. Çünki onlar bu oyunu penaltilərə qədər gətirə bildilər”.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb