23 oktyabr 2024. Çərşənbə

Eriksen'in forması Bakı Olimpiya Stadionunda


Eriksen'in forması Bakı Olimpiya Stadionunda

Bakı Olimpiya Stadionunda Avropa çempionatının 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununun açılış mərasimi keçirilib.

Corner.az-ın məlumatına görə, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.

Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib.

Danimarka seçməsində iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirən Kristian Eriksenin forması arenada göstərilib. Startdan əvvəl Skandinaviya təmsilçisinin kapitanı Simon Kyaer Eriksenin imzalı formasını rəqib komandanın kapitanı Tomaş Souçekə verib.

Qeyd edək ki, matçın ilk hissəsi oynanılır və danimarkalılar 1-0 hesabı ilə öndədi.







Avropa çempionatı

Tomas Tuxel bu millini çalışdıracaq
  • Avropa çempionatı
  • 08:50 12.10.2024
Tomas Tuxel bu millini çalışdıracaq
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
  • Avropa çempionatı
  • 16:03 10.10.2024
Sautqeyt gələcəyi ilə bağlı qərar verib
Millimizin oyununun hakimləri açıqlanıb
  • Avropa çempionatı
  • 14:39 09.10.2024
Millimizin oyununun hakimləri açıqlanıb
Messi yenidən Argentinanın heyətinə qayıdır
  • Avropa çempionatı
  • 20:31 02.10.2024
Messi yenidən Argentinanın heyətinə qayıdır