5 dekabr 2025. Cümə

Patrik Şik Bakıda Milan Baroşun rekordunu təkrarladı


Patrik Şik Bakıda Milan Baroşun rekordunu təkrarladı

Çexiya millisinin futbolçusu Patrik Şik yeni uğura imza atıb.

Corner.az-ın məlumatına görə, 25 yaşlı hücumçu buna Avropa çempionatının 1/4 final mərhələsində Bakı Olimpiya Stadionunda Danimarkaya qarşı keçirdikləri oyunda nail olub.

49-cu dəqiqədə hesab arasındakı fərqi azaldan forvard AVRO-2020-də 5-ci dəfə rəqib qapılarına yol tapıb və bir qitə çempionatında vurulan qolların sayına görə millinin sabiq oyunçusu Milan Baroşa çatıb. Baroş AVRO-2004-də 5 qolla yadda qalıb.

Şik yarışın bombardirləri siyahısında Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldunu da yaxalayıb.

Qeyd edək ki, matçda ikinci hissə oynanılır və Danimarka yığması öndədir - 2:1.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb