5 dekabr 2025. Cümə

AÇ-2020: Bakıdakı son matçın ən yaxşısı bilindi


AÇ-2020: Bakıdakı son matçın ən yaxşısı bilindi
AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Çexiya - Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, Danimarka yığmasının yarımmüdafiəçisi Tomas Dileyni bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu Bakıda keçirilən bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Danimarka millisinin ilk qolunu da məhz Dileyni vurub.
 
Qeyd edək ki, Danimarka yığması Çexiya ilə oyundan 2:1 hesabıyla qalib ayrılıb və yarımfinala yüksəlib.
 
Tomas Dileyni Almaniyanın “Borussiya” (Dortmund) klubunun formasını geyinir.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb