5 dekabr 2025. Cümə

AÇ-2020: Danimarka və İngiltərə yarımfinalda!


AÇ-2020: Danimarka və İngiltərə yarımfinalda!

AÇ-2020-də 1/4 final mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma keçirilib.

Günün ilk matçı Çexiya və Danimarka yığmaları arasında baş tutub. Bakı Olimpiya Stadionunda baş tutan görüşdə Danimarka yığması inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.

Mərhələnin sonuncu görüşü isə Ukrayna və İngiltərə yığmaları arasında olub. Romadakı “Olimpiko” stadionunda keçirilən oyunda darmadağınla qalib gələn İngiltərə sonuncu yarımfinalçı olub.

Avropa çempionatı
1/4 final
3 iyul

Çexiya – Danimarka 1:2
Qol: P.Şik, 49 – T.Dileyni, 5. K.Dolberq, 42.
Baş hakim: Byörn Kuypers (Niderland).
Bakı. Olimpiya stadionu.

Ukrayna – İngiltərə 0:4
Qol: H.Keyn, 4; 50. H.Maquayr, 46. C.Henderson, 63.
Baş hakim: Feliks Brix (Almaniya).
Roma. Olimpiko stadionu.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb