21 mart 2026. Şənbə

AÇ-2020: Yarımfinal cütləri bəlli oldu


AÇ-2020: Yarımfinal cütləri bəlli oldu
AÇ-2020-də yarımfinal mərhələsinin cütləri müəyyənləşib. 

Corner.az xəbər verir ki, İtaliya və İspaniyanın ardından bu gün İngiltərə və Danimarka yığmaları da yarımfinala vəsiqə qazanıb.
 
Beləliklə, növbəti mərhələdə İtaliya İspaniyayla, Danimarka isə İngiltərə ilə qarşılaşacaq
 
Yarımfinala iyulun 6-da start veriləcək. İlk oyun günündə İtaliya - İspaniya matçı baş tutacaq. Bir gün sonra isə İngiltərə - Danimarka oyunu keçiriləcək. Hər iki qarşılaşma Londondakı “Uembli” stadionunda baş tutacaq.
 
Qeyd edək ki, final matçı 11 iyulda keçiriləcək. Həmin oyuna da London evsahibliyi edəcək.
 
AÇ-2020
Yarımfinal
 
6 iyul
 
23:00. İtaliya - İspaniya
London. “Uembli” stadionu.
 
7 iyul
 
23:00. İngiltərə - Danimarka
London. “Uembli” stadionu.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb