5 may 2026. Çərşənbə axşamı

Messi Pelenin rekorduna yaxınlaşdı


Messi Pelenin rekorduna yaxınlaşdı

Argentina milli komandası Amerika kubokunun 1/4 final mərhələsində Ekvadoru məğlub edib – 3:0.

Corner.az xəbər verir ki, sözügedən qarşılaşmada bir qol vuran Lionel Messi millidəki qol sayını 76-ya çatdırıb. Messi cənubi amerikalılar arasında yığmada vurulan qol sayına görə hazırda Peledən geri qalır. Braziliya yığmasının keçmiş hücumçusunun aktivində 77 qol var.

Messi rekordun bir addımlığında olması ilə bağlı fikirlərini bildirib:

“Hər zaman fərdi mükafatların ikinci dərəcəli olduğunu demişəm. Biz titul qazanmaq üçün burdayıq. Gördükləri iş üçün komandamı təbrik etmək istəyirəm. Uzun zamandır ailələrimizdən uzaqdayıq. Növbəti oyuna az qalıb, istirahət etməliyik. Bundan sonra bir addım daha atmağımız vacibdir”.

Argentina yığması Amerika kubokunun yarımfinalında Kolumbiya ilə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb