5 may 2026. Çərşənbə axşamı

Ferdinand'dan Maquayr'a: O, dağ adamı kimidir


Ferdinand'dan Maquayr'a: O,  dağ adamı kimidir

İngiltərə milli komandasının sabiq futbolçusu Rio Ferdinand yığmanın müdafiəçisi Harri Maquayrın AÇ-2020-nin 1/4 final mərhələsinin Ukrayna – İngiltərə matçında (0:4) sərgilədiyi oyunu dəyərləndirib.

Corner.az xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu, Maquayrı dağ adamına oxşadaraq bunları deyib:

“Maquayr çox rahat futbol oynayır. O, dağ adamına bənzəyir. Topla çıxır və düzgün ötürmələr edir. Onu digər müdafiəçilərdən fərqləndirən əsas cəhəti budur”.

İngiltərə yığması Ukraynanı 4:0 hesabıyla məğlub edib və 1/4 finala yüksəlib. İngilislər bu mərhələdə Danimarka millisi ilə qarşılaşacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb