- Avropa çempionatı
- 22:53 07.07.2026
Çexiya milli komandasının futbolçusu Vladimir Darida yığmadakı karyerasını bitirib.
Corner.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Darida, AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakıda Danimarka millisinə qarşı keçirdikləri oyunda (1:2) sonuncu dəfə yığmanın formasını geyindiyini deyib.
Çexiya yığmasının kapitanı olan Darida millidə 76 oyuna çıxıb.