5 dekabr 2025. Cümə

AÇ-2020: Kriştiano Ronaldo ən yaxşıdır


AÇ-2020: Kriştiano Ronaldo ən yaxşıdır

UEFA hazırda davam edən Avropa çempionatının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

Corner.az-ın məlumatına görə, siyahı tərtib edilərkən oyunçuların meydandakı müxtəlif hərəkətləri nəzərə alınıb.

İlk pillədə mübarizəni 1/8 finalda dayandıran Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yer alıb. İkinci sırada Çexiya yığmasının hücumçusu Patrik Şik qərarlaşıb. İlk "üçlüy"ü isə Danimarka seçməsindən Yoakim Mexle tamamlayır.

Qeyd edək ki, bu gün AVRO-2020-də yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günündə İtaliya və İspaniya, sabah isə İngiltərə və Danimarka yığmaları üz-üzə gələcəklər.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb