5 dekabr 2025. Cümə

AÇ-2020: Bu matçda favorit yoxdur


AÇ-2020: Bu matçda favorit yoxdur

İtaliya milli komandasının futbolçusu Leonardo Bonuççi AÇ-2020-nin yarımfinalında İspaniya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi, bu matçda favoritin olmadığını deyib:

“Bu matçda favorit yoxdur. Turnirdə möhtəşəm oyunlar keçirib irəliləmişik. Ancaq hələ heç nə qazanmamışıq. Diqqətimizi düzgün yerlərə yönəltməliyik. Belə güclü rəqibə qarşı bir oyun bizi xüsusi motivasiyalandırmalıdır.

İspaniya millisi çox tənqid olundu, ancaq baş məşqçi Luis Enrike komandasını müdafiə edərək, haqlı olduğunu göstərdi. İspanlar bütün komanda şəklində yaxşı oyun sərgiləyirlər. Buna baxmayaraq, son oyunlarımızdakı performansımızı təkrarlaya bilsək, istədiyimiz nəticəni əldə edə bilərik”.

Bu gün keçiriləcək İtaliya – İspaniya matçı saat 23:00-da start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb