5 dekabr 2025. Cümə

AÇ-2020:İspaniya ilə oyuna fərqli hazırlaşmışıq


AÇ-2020:İspaniya ilə oyuna fərqli hazırlaşmışıq

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin yarımfinal mərhələsində İspaniya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis, matçın çətin keçəcəyini deyib:

“Düşünürəm ki, bu oyun çətin olacaq. Belçika və İspaniya fərqli futbol oynayan komandalardır. Buna görə də, İspaniya ilə oyuna fərqli hazırlaşmışıq. İspanlar bizə bir çox problem yarada biləcək gücdədilər. Hadisələrin necə olacağını bilmirəm, amma bacarıqlarımızı sərgiləməli olacağımız bir matç olacaq.

İspaniya yığması möhtəşəmdir və bunu illər ərzində də sübut ediblər. Bəzi mövqelərdəki futbolçuların gənc olmasının əhəmiyyəti yoxdur. İspanlar əla komandaya və əla baş məşqçiyə sahibdir”.

Bu gün keçiriləcək İtaliya – İspaniya matçı saat 23:00-da start götürəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb