7 may 2026. Cümə axşamı

AÇ-2020: İlk finalist İtaliya


AÇ-2020: İlk finalist İtaliya

Bu gün  AÇ-2020-də yarımfinal mərhələsinə start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

İlk yarımfinal qarşılaşması İtaliya və İspaniya yığmaları arasında baş tutub.

Londondakı “Uembli” stadionundakı qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan italyanlar finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər yarımfinal görüşündə sabah İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək.

AÇ-2020
Yarımfinal
6 iyul

İtaliya – İspaniya 1:1 (penaltilər 4:2)
Qol: F.Kyeza, 60 – A.Morata, 80.
Baş hakim: Feliks Brıx (Almaniya).
London. “Uembli” stadionu.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb