5 dekabr 2025. Cümə

AÇ-2020 finalçılar bilindi


AÇ-2020 finalçılar bilindi

 AÇ-2020-də yarımfinal mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, ikinci yarımfinal qarşılaşmasında İngiltərə və Danimarka yığmaları qarşılaşıb.

Görüşdə hesabı danimarkalılar açsalar da ingilislər buraxılan topun əvəzini çıxa biliblər. İkinci hissədə başqa qol vurulmadığından, əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha əzmkar oyun göstərərək bir qol vuran İngiltərə yığması finala yüksəlib.

Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya üzərində qələbə (1:1, penaltilərlə 4:2) qazanmışdı. Beləliklə, iyulun 11-də keçiriləcək finalda İngiltərə və İtaliya yığmaları qarşılaşacaq.

AÇ-2020
Yarımfinal
7 iyul

İngiltərə – Danimarka 2:1
Qol: S.Kyaer, 39-öz qapısına. H.Keyn, 104 – M.Damsqaard, 30.
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb