5 dekabr 2025. Cümə

İngiltərə - Danimarka matçının ən yaxşısı bilindi


İngiltərə - Danimarka matçının ən yaxşısı bilindi
AÇ-2020-nin yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İngiltərə - Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, İngiltərə yığmasının və "Tottenhem"in hücumçusu Harri Keyn bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən bir olub. İngiltərə millisinin finala vəsiqəsini qazandıran qolu elə məhz Keyn vurub.
 
Qeyd edək ki, İngiltərə - Danimarka matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda daha bir qol vuran ingilislər finala yüksəliblər. Onları həlledici oyunda İtaliya ilə görüş gözləyir.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb