21 mart 2026. Şənbə

AÇ-2020: Belə vidalaşmaq istəməzdik


AÇ-2020: Belə vidalaşmaq istəməzdik

Danimarka milli komandasının baş məşqçisi Kasper Yulmann AÇ-2020-nin yarımfinalında İngiltərəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 49 yaşlı mütəxəssis, 1:2 hesabıyla turnirlə vidalaşmalarını belə şərh edib:

“Penalti qərarının düzgün olub-olmadığını bilməmək ürəyimi sıxır. Futbolçularım bu ana qədər çox əziyyət çəkdilər. Bir futbolçumuzun həyatını xilas edən möhtəşəm heyətimiz var. Bu cəhətdən ölkəm adına çox xoşbəxtəm. Gözəl kollektiv olduq və azarkeşlərin sevgisini qazandıq.

Finala çıxa bilərdik amma alınmadı. Gələcəyə ümidlə baxıram. Bu uşaqlarla qürur duya bilərsiz.

Tək məyusluğumuz finala çıxa bilməməyimizdir. Belə vidalaşmaq istəməzdik. Növbəti dəfə böyük bir turnirdə uğura imza atacağımıza inanıram”.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb