7 may 2026. Cümə axşamı

UEFA ingiltərəli azarkeşlərə qarşı intizam işi açdı


UEFA ingiltərəli azarkeşlərə qarşı intizam işi açdı

UEFA AVRO-2020-də İngiltərə və Danimarka yığmaları arasında keçirilmiş yarımfinal oyununun yekunu əsasında intizam işi açıb.

Corner.az-ın məlumatına görə, səbəb Londondakı "Uembli" stadionuna toplaşmış azarkeşlərin davranışıdır. Bildirilir ki, penalti epizodu zamanı tribunadan kimsə danimarkalı qapıçı Kasper Şmeyxelin üzünə lazer işığı salıb. Bundan başqa Danimarkanın dövlət himni səsləndirilərkən, pirotexnikadan istifadə olunub.

Qeyd edək ki, iyulun 7-də keçirilmiş görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda İngiltərə millisi mübahisəli penalti qazanıb. Harri Keynin 11 metrlik cərimə zərbəsini Kasper Şmeyxel dəf etsə də, təkrar zərbə dəqiq olub.(report)







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb