- Avropa çempionatı
- 11:12 05.11.2024
Amerika kubokunda bürünc medalın sahibi məlum olub.
Corner.az xəbər verir ki, 3-cü yer uğrunda keçirilən görüşdə Kolumbiya və Peru milli komandaları qarşılaşıblar. Görüş Kolumbiyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Amerika kubokunun finalında Argentina və Braziliya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 11-də keçiriləcək.
Amerika kuboku, 3-cü yer uğrunda görüş
10 iyul
Kolumbiya – Peru 3:2
Qol: Xuan Kuadrado, 49. Luis Fernandes Dias, 66; 90+4 – Yosimar Yotun, 45. Canluka Lapadula, 82.