- Avropa çempionatı
- 11:12 05.11.2024
“AÇ-2020-dən əvvəl Belçika, İtaliya və İngiltərə yığmasının qızıl medal uğrunda mübarizə aparacağını demişdim. Proqnozlarım düz çıxdı. Fransızlar məni çox məyus etdi. Keyfiyyətli futbolçuları var, lakin onlara nəsə oldu".
Corner.az xəbər verir ki, bu sözləri Polşa mətbuatına danışan Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2020-nin İngiltərə və İtaliya milli komandaları arasında keçiriləcək final matçı ilə bağlı fikirlərini bildirib.:
"Çətin oyunlardan sonra həm İtaliyanın, həm də İngiltərənin dincəlmək üçün vaxtı oldu. İtaliya yığması finalı qazanacaq. Yarımfinalda İspaniyaya qarşı çox güc sərf etdilər. Ondan əvvəl də Avstriyaya qarşı ağır oyunları oldu. İtalyanlar topu istədiyi kimi idarə edə bilirlər və bunu İspaniyaya qarşı da etdilər.
İtaliya yığması hələ gəncdir. Bu komanda böyüyəcək və ondan sonra baş məşqçi Roberto Mançini üçün də daha rahat olacaq. Komandada heç kim özünü ulduz hesab etmir. Bütün komanda ulduzdur. Orada hamı bir-birini bəyənir və izləyir. Onların bir-biriləri ilə problemləri yoxdur və böyük ailədirlər”.