5 may 2026. Çərşənbə axşamı

Bir daha tətbiq olunacağını düşünmürəm - Çeferin


Bir daha tətbiq olunacağını düşünmürəm - Çeferin
UEFA prezidenti Aleksander Çeferin Avropa çempionatının fərqli ölkələrdə keçirilməsi barədə açıqlama verib.

Corner.az xəbər verir ki, sloveniyalı funksioner, çempionatla bağlı fikri bir daha dəstəkləməyəcəyini deyib:
 
“Bəzi komandaların 10 mindən çox, bəzilərinin də sadəcə min kilometr yol qət etməsi düzgün deyil. Daha bu fikirlərə dəstək verməyəcəm.
 
Bu vəziyyət asan deyil. Azarkeşlər üçün də ədalətli şərtlər olmadır. Bir oyun üçün Romaya, bir oyun üçün Bakıya getmək məcburiyyətində qaldılar. İki şəhər arasında 4,5 saatlıq yol var. Format qəribədir, ancaq bir daha tətbiq olunacağını düşünmürəm”.
 
AÇ-2020 11 fərqli ölkədə keçirilib. Sabah Londonda turnirin final matçı olacaq. Həlledici görüşdə İngiltərə və İtaliya milli komandaları üz-üzə gələcək.
 
AÇ-2020-nin 4 oyunu da Azərbaycanda keçirilib. Bakı Olimpiya Stadionu A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə – Uels (0:2) və İsveçrə – Türkiyə (3:1) oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) matçına ev sahibliyi edib.






Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb