- Avropa çempionatı
- 16:00 13.04.2026
Amerika kubokunun qalibi müəyyənləşib.
Corner.az xəbər verir ki, həlledici görüşdə Argentina və Braziliya milli komandaları üz-üzə gəliblər.
Braziliyada, “Marakana” stadionunda oynanılan qarşılaşmada qalib gələn tərəf Argentina yığması olub. Anxel Di Mariyanın 21-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.
Bununla da, Argentina millisi 28 ildən sonra Amerika kubokunun sahibi olub. Bu, tanqoçuların qazandığı 15-ci Amerika kuboku olub.
Amerika kuboku, final
11 iyul
Argentina 1:0 Braziliya
Qol: Anxel Di Mariya, 21