- Avropa çempionatı
- 16:00 13.04.2026
Amerika kubokunun Argentina və Braziliya milli komandaları arasında keçirilən final matçının ən yaxşı futbolçusu bəlli olub.
Corner.az turnirin saytına istinadən xəbər verir ki, bu, Argentina yığmasının yarımmüdafiəçisi Anxel Di Mariyadır. 33 yaşlı futbolçu görüşdə komandasına kuboku qazandıran yeganə qolu vurub.
Argentina Braziliyanı 1:0 hesabıyla məğlub edib və 28 ildən sonra tarixində 15-ci dəfə Amerika kubokunun qalibi olub.