- Avropa çempionatı
- 15:35 16.11.2025
"İnter”in sabiq baş məşqçisi Antonio Konte açıqlama verib.
Corner.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, İtaliya yığmasının müdafiəçiləri Leonardo Bonuççi və Corco Kyellinini tərifləyib:
“Bonuççi və Kyellini fantastik müdafiəçilərdir. Hazırda mövqelərinə görə ən yaxşılardır. Kyellini də bunu yaxşı bilir. Onun qarşıda bir neçə illik karyerası var, bu səbəbdən, daim diqqət mərkəzindədir. AÇ-2020 onlar üçün son şansdır. Özləri də bunu yaxşı bilir. Milli komanda ilə vacib titul qazanmalıdırlar”.
İtaliya yığması AÇ-2020-nin finalında bu gün İngiltərə ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.