5 dekabr 2025. Cümə

53 il sonra İtaliya millisi Avropa çempionu oldu!


53 il sonra İtaliya millisi Avropa çempionu oldu!

Bu gün AÇ-2020-nin qalibi bəlli olub.

Corner.az xəbər verir ki, həlledici matçda İtaliya və İngiltərə yığmaları üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda baş tutan görüşdə hesabı ilk dəqiqələrdə ingilislər açıblar. Amma italyanlar ikinci hissədə buraxılan qolun əvəzini çıxmağı bacarıblar. Başqa qol olmadığından, əsas vaxt heç-heçə başa çatıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya yığması tarixində ikinci dəfə Avropa çempionu olub.

İlk dəfə 1968-ci ildə Avropanın ən güclüsü olmuş italyanlar, 53 illik həsrətə son qoyublar. Bu komanda AÇ-2000 və AÇ-2012-də də finalda uduzmuşdu

AÇ-2020
Final
11 iyul

İtaliya – İngiltərə 1:1 (penaltilər 3:2)
Qol: L.Bonuççi, 67 – L.Şou, 3.
Baş hakim: Byörn Kuypers (Niderland).
London. “Uembli” stadionu.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb