5 dekabr 2025. Cümə

Avropa çempionatını izləyənlərin dəqiq sayı açıqlandı


Avropa çempionatını izləyənlərin dəqiq sayı açıqlandı

Futbol üzrə Avropa çempionatının oyunlarını 11 stadionda ümumilikdə 1 099 688 nəfər izləyib.

Corner.az-ın məlumatına görə, tamaşaçılardan təqribən yarısı - 450 368 nəfər 15 pley-off qarşılaşmasında iştirak edib. Qalan 649 320 nəfər qrup mərhələsinin 36 görüşünə izləyib.

Ən baxımlı oyun İtaliya - İngiltərə finalı olub. Bu görüşdə Londondakı "Uembli" stadionunun tribunalarında 67 173 azarkeş yer alıb. Eyni arenadakı yarımfinal görüşləri də izlənilmə sayı baxımından "ilk 3-lük"də yer alıb.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilib. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels (1:1), Türkiyə - Uels (0:2), Türkiyə - İsveçrə (1:3), həmçinin 1/4 final mərhələsinin Danimarka - Çexiya (2:1) matçına ev sahibliyi edib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb