5 dekabr 2025. Cümə

Avropa çempionatının bombardiri bilindi


Avropa çempionatının bombardiri bilindi

Futbol üzrə Avropa çempionatının ən yaxşı bombardiri müəyyənləşib.

Corner.az-ın məlumatına görə, bu ada Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 5 qolla layiq görülüb.

Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub. Lakin Ronaldo Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub. Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib.

Bu, Ronaldonun karyerasında 5-ci Avropa çempionatı olub. O, ümumilikdə 14 qol vuraraq, UEFA-nın fransalı sabiq prezidenti Mişel Platiniyə məxsus rekordu yeniləyib.

Qeyd edək ki, Avropa çempionu adını finalda İngiltərəni penaltilər seriyasında məğlub edən İtaliya qazanıb.(report)







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb