5 dekabr 2025. Cümə

AÇ-2020: Penaltilər seriyasında bəxtə ehtiyacımız var idi – Mançini


AÇ-2020: Penaltilər seriyasında bəxtə ehtiyacımız var idi – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin finalında İngiltərəni məğlub etdikləri oyundan sonra fikirlərini bidirib.

Corner.az xəbər verir ki, 56 yaşlı mütəxəssis, çempionluqlarını belə şərh edib:

“Oyunun əvvəlində qol buraxsaq da, yaxşı toparlandıq və qələbəyə layiq idik. Biz buna layiq idik.Çox xoşbəxt və qürurluyuq. İtaliyaya qürur duyacaqları bir ay yaşatdıq.Bu çempionluğu bütün İtalyanlara bağışlayırıq.

Möhtəşəm komandamız var. Final asan keçmədi. Penaltilər seriyasında bəxtə ehtiyacımız var idi. İngilislər üçün məyusam”.

AÇ-2020-nin final matçının əsas vaxtı heç-heçə bitib – 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya millisi Avropa çempionu olub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb