5 dekabr 2025. Cümə

AÇ-2020: Bütün məsuliyyət məndədir


AÇ-2020: Bütün məsuliyyət məndədir

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2020-nin finalında İtaliya yığmasına uduzduqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 50 yaşlı mütəxəssis, bütün məsuliyyətin özünə aid olduğunu bildirib:

“Heç bir futbolçu tək deyil. Birlikdə qazanır, birlikdə uduzuruq. Penaltilərə hazırlaşmışdıq, qərarı mən verdim. Bu axşam bizim üçün yaxşı olmadı. Futbolda belə şeylər həmişə olur. Heç kimi günahlandıra bilmərəm, bütün məsuliyyət məndədir”.

Qeyd edək ki, İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında 2:3 hesabıyla İtaliyaya uduzaraq çempionluğu əldən verib.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb