5 dekabr 2025. Cümə

AÇ-2020: Bu ağrının təsiri karyeramızda özünü hiss etdirəcək


AÇ-2020: Bu ağrının təsiri karyeramızda özünü hiss etdirəcək

İngiltərə millisinin futbolçusu Harri Keyn AÇ-2020-nin finalında İtaliyaya uduzduqları görüşdən sonra fikirlərini bildirib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, 27 yaşlı yığmanın kapitanı çempionluğu əldən vermələrini belə şərh edib:

“Qazandıqlarımıza baxsaq, özümüzlə fəxr etmək üçün böyük səbəbləri görərik. Finalı qazanmaq istəyirdik, ancaq olmadı. Düşünürəm ki, buna görə bir müddət məyus qalacağıq. Bu ağrının təsiri karyeramızın gələcək hissəsində də özünü hiss etdirəcək. Amma nə etmək olar? Futboldur, hər şey olur”.

Qeyd edək ki, İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında İtaliyaya 2:3 hesabıyla uduzub.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb