5 dekabr 2025. Cümə

Messi və Neymar rəmzi komandada


Messi və Neymar rəmzi komandada

Futbol üzrə Amerika kubokunun rəmzi komandası açıqlanıb.

Corner.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Braziliyada keçirilmiş sonuncu qitə birinciliyinin ən yaxşı 11 futbolçusu arasında çempion Argentinadan 4 oyunçu yer alıb.

Finalda Argentina yığmasına məğlub olmuş Braziliya millisinin isə 3 futbolçusu siyahıya düşüb.

Kolumbiya, Ekvador, Çili və Peru yığmaları isə rəmzi komandada bir futbolçu ilə təmsil olunub:

Qapıçı: Emiliano Martines (Argentina);

Müdafiəçilər: Maurisio İsla (Çili), Kristian Romero (Argentina), Markinyos (Braziliya), Pervis Estupinyan (Ekvador);

Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina), Kazemiro (Braziliya), Yosimar Yotun (Peru);

Hücumçular: Lionel Messi (Argentina), Neymar (Braziliya), Luis Dias (Kolumbiya).







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb