15 may 2026. Cümə

Almaniya millisi irqçiliyə görə meydanı tərk etdi


Almaniya millisi irqçiliyə görə meydanı tərk etdi

Bu gün Almaniya və Hondurasın olimpiya yığma komandaları (U-23) arasında keçirilən yoxlama oyunu keçirilib.

Corner.az xəbər verir ki, Yaponiyanın Vakayama şəhərində təşkil olunmuş bu qarşılaşma yarımçıq dayandırılıb.

Belə ki, matçın 85-ci dəqiqəsində – hesab 1:1 olarkən Almaniya millisi meydanı tərk edib. Buna yığmanın müdafiəçisi Cordan Torunariqanın rəqib futbolçu tərəfindən irqçiliyə məruz qalması səbəb olub. Futbolçular arasındakı qalmaqal nəticəsində Almaniya millisinin bütün üzvləri meydanı tərk etməyə qərar verib.

Qeyd edək ki, Tokio-2020 Olimpiadasında Almaniya D qrupunda Braziliya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı milli komandaları ilə mübarizə aparacaq. Honduras isə B qrupunda Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya yığmaları ilə oynayacaq. Olimpidada futbol oyunları iyulun 22-dən başlayacaq.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb