15 may 2026. Cümə

İraq millisində Advokat dönəmi


İraq millisində Advokat dönəmi

Futbol üzrə İraq yığmasına yeni baş məşqçi təyinatı gerçəkləşib.

Corner.az xəbər verir ki, sözügedən yığma komanda Dik Advokata həvalə olunub.

Bu barədə İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 73 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Advokat artıq iki dəfə karyerasını bitirdiyi elan etsə də, yenə fəaliyyətini davam etdirir. O, hələ Türkiyənin “Fənərbaxça” klubunu çalışdırarkən, 2017-ci ildə karyerasını bitirəcəyini söyləmişdi. Lakin ondan sonra təcrübəli məşqçi Niderland yığmasında, həmçinin “Sparta” və “Utrext”də çalışmışdı. 2019-cu ilin oktyabrından isə o, “Feyenoord”u çalışdırırdı. Bu yay o, sözügedən klubdan ayrılanda da göz yaşları içində karyerasını sonlandırdığını bəyan etmişdi.







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb