- Avropa çempionatı
- 16:00 13.04.2026
“Real”ın futbolçusu Luka Modriç DÇ-2022-dən sonra Xorvatiya millisindəki karyerasını başa vuracaq.
Corner.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Məlumatda, 35 yaşlı yarımmüdafiəçinin qərarını yaxın zamanda açıqlayacağı vurğulanıb.
Modriç Xorvatiya yığmasında 142 matçda oynayıb. O, milli ilə ən çox oyun keçirən futbolçudur.