8 avqust 2026. Şənbə

Qarabağ və Neftçi'nin futbolçularının rəqibləri bilindi


Qarabağ və Neftçi'nin futbolçularının rəqibləri bilindi

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin püşkü atılıb.

Corner.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi A qrupunda Kamerun, Burkino Faso və Efiopiya yığmaları ilə mübarizə aparacaq.

“Neftçi”nin futbolçusu Sabir Buqrinin dəvət aldığı Mərakeş yığması C qrupunda Qana, Komor adaları və Qabonla yarışacaq.

Afrika Millətlər Kuboku bu il, iyunun 25-də başlamalı idi. Yarış 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək.

Afrika Millətlər Kuboku, qrup mərhələsi

A qrupu: Kamerun, Burkino Faso, Efiopiya, Kabo-Verde
B qrupu: Seneqal, Zimbabve, Qvineya, Malavi
C qrupu: Mərakeş, Qana, Komor adaları, Qabon
D qrupu: Nigeriya, Misir, Sudan, Qvineya-Bisau
E qrupu: Əlcəzair, Syerra-Leone, Ekvatorial Qvineya, Fil Dişi Sahili
F qrupu: Tunis, Mali, Mavritaniya, Qambiya







Avropa çempionatı

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
  • Avropa çempionatı
  • 16:41 01.04.2026
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat