5 dekabr 2025. Cümə

Santos: Ronaldonun zədəli olub-olmadığını bilmirəm


Santos: Ronaldonun zədəli olub-olmadığını bilmirəm
DÇ-2022-nin seçmə məhələsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya millisinin baş məşqçisi Fernando Santos açıqlama verib. Corner.az xəbər verir ki, Santos, dünən “Yuventus”un məşqində zədələnən Kriştiano Ronaldonun durumu ilə bağlı bunları deyib:
 
“Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq. Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu, milli üçün daha pisdir.
 
Ronaldonun zədəli olub-olmadığını bilmirəm. Mən bunu yalnız xəbərlərdə görmüşəm. Əminəm ki, sağlamdır. Çünki millinin həkimləri bizə heç nə bildirməyib. Hansısa problemi olsaydı, ona icazə verərdim”.
 
Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.






Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb