5 dekabr 2025. Cümə

Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq


Portuqaliyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxacaq

DÇ-2022 seçmə oyunlarında İrlandiya və Azərbaycanla qarşılşacaq Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.

Corner.az Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Lester"in futbolçusu Rikardu Pereyra zədə səbəbindən heyətdən çıxarılıb.

27 yaşlı müdafiəçinin yerinə komandaya "Vulverhempton"da oynayan Nelson Semedo cəlb olunub.

Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi sentyabrın 4-də Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sentyabrın 7-də isə bu komanda Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb