5 dekabr 2025. Cümə

Lüksemburq millisinin futbolçusunda Azərbaycanla oyun öncəsi koronavirus aşkarlandı


Lüksemburq millisinin futbolçusunda Azərbaycanla oyun öncəsi koronavirus aşkarlandı

Lüksemburq milli komandasının 3 futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə oyunlarında iştirak etməyəcək.

Corner.az-ın məlumatına görə, Marvin Martins, Kris Filipps və Dioqo Pimentel baş məşqçi Lük Holtsun dəvətliləri siyahısından çıxarılıb.

Martins və Fillips zədə üzündən yığmaya kömək edə bilməyəcək. Milliyə ilk dəfə dəvət alan Pimentelin isə koronavirus testi müsbət nəticə verib.

Holts onların əvəzinə "Düdelanj"dan Rikardo Delqado və "Rasinq"dən Duayn Holteri çağırıb. Hər iki oyunçu sonuncu dəfə 2017-ci il noyabrın 9-da Macarıstanı 2:1 hesabı ilə yendikləri görüşdə iştirak ediblər.

Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 4-də Belqradda Serbiyaya qonaq olacaq "cırtdanlar" sentyabrın 7-də Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb