5 dekabr 2025. Cümə

Azərbaycan millisinin rəqibində növbəti yoluxma aşkarlandı


Azərbaycan millisinin rəqibində növbəti yoluxma aşkarlandı

Lüksemburq millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarında iştirak etməyəcək.

Corner.az-ın məlumatına görə, Marvin Martins, Kris Filipps və Dioqo Pimenteldən sonra Eldin Dzoqoviç də yığmanın heyətindən çıxarılıb.

Almaniyada "Maqdeburq" klubunun formasını geyinən 18 yaşlı müdafiəçi koronavirusa yoluxduğu üçün millinin oyunlarını buraxacaq. Onun əvəzinə yığmaya Belçikanın "Virton" klubunun müdafiəçisi Kevin Malje dəvət olunub.

Daha əvvəl Pimentelin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 4-də Belqradda Serbiyaya qonaq olacaq "cırtdanlar" sentyabrın 7-də Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.







Avropa çempionatı

UEFA-dan Kamal Umudluya növbəti təyinat
  • Avropa çempionatı
  • 15:35 16.11.2025
UEFA-dan Kamal Umudluya növbəti təyinat
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb
  • Avropa çempionatı
  • 20:54 10.11.2025
Babək Quliyev UEFA-dan növbəti təyinat alıb